19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində 24 ölkədən 449 şirkət iştirak edəcək

Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacağını bildirib. Qeyd olunub ki, sərgidə 24 ölkədən 449 şirkətin iştirakı təsdiqlənib, bu da ötən illə müqayisədə bir qədər çoxdur. Nəzərə çatdırılıb ki, “Caspian Agro” kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgidə Azərbaycan, ABŞ, Gürcüstan, Niderland, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə və Ukrayna, Slovakiya, Yaponiya və digər ölkələrdən olan şirkətlər iştirak edəcək.

Sərgi çərçivəsində maraqlı tədbirlər və müzakirələr təşkil ediləcək.

“Caspian Agro 2022”in sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?