19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“KOB Fest” sərgi-satış yarmarkasında mindən çox çeşiddə məhsullar nümayiş olunur

Aprelin 25-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

Festivalın açılışında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Sahibkarlar Gününə həsr olunmuş yarmarkada mikro və kiçik sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl işləri, ümumilikdə 100-ə yaxın KOB subyektinin mindən çox çeşiddə məhsulları nümayiş olunur. Tədbirdə, həmçinin sahibkarlar arasında “B2B” görüşlər keçirilir, biznes xidmətləri göstərilir, ebru sənətinin, qum üzərində rəsm sənətinin və sair dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim olunur.

“Paytaxt qonaqlarının ən sevimli məkanlarından olan İçərişəhərdə belə bir sərginin təşkil edilməsi sahibkarlar üçün əlavə stimul verəcək. Bundan sonra da dövlətin dəstəyi ilə belə festivallar keçiriləcək”, - deyə çıxışlarda bildirilib.

Qeyd edək ki, “KOB Fest” sərgi-satış yarmarkası aprelin 26-da yekunlaşacaq.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?