Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,06 dollar artaraq 100,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar artaraq 96,75 dollar olub.