16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mühasibat uçotunu düzgün aparmayanlar cəzalanacaqlar

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, mühasibat uçotu hesabatlarının hazırlanması və təqdim edilməsi, habelə mühasibat uçotunun aparılmamasına görə nəzərdə tutulan sanksiyaların məbləği artırılır.

Dəyişikliyə görə, aşağıdakı hallarda vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2000 manatadək cərimə ediləcək:

  • Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmalı digər hesabat və məlumatların hazırlanması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydalar pozulduqda;

  • "Mühasibat uçotu haqqında" Qanunun tələblərinə uyğun qaydada mühasibat uçotu aparılmadıqda.

Bundan başqa, mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb olunmaqla mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək cərimə olunacaq.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə isə vəzifəli şəxsləri 300 manatdan 400 manatadək cərimə gözləyir.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?