Mühasibat uçotunu düzgün aparmayanlar cəzalanacaqlar

2019.04.10 15:30 (UTC+04:00)

Dəyişikliyə görə, aşağıdakı hallarda vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2000 manatadək cərimə ediləcək:

Bundan başqa, mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb olunmaqla mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək cərimə olunacaq.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə isə vəzifəli şəxsləri 300 manatdan 400 manatadək cərimə gözləyir.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.