5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi müzakirə olunacaq

“Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi” mövzusunda Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə məsləhətləşmələr keçiriləcək.

Bu barədə məlumat verən UNESCAP-ın milli koordinatoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Asiya və Sakit okean bölgəsində “Sərhədlərarası Kağızsız Ticarət üzrə Çərçivə Sazişi”nə ilk qoşulan ölkələrdən biridir.

“Bu çərçivədə Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi üçün hüquqi və texniki hazırlıqlar müzakirə olunacaq. Bu məsləhətləşmələr BMT-nin “Pandemiya dövründə nəqliyyat və ticarət əlaqəsi” adlı layihəsinə uyğun aparılacaq. Məsləhətləşmələrdə sərhədsiz ticarət üzrə bütün aidiyyəti dövlət qurumları və UNESCAP-ın nümayəndələri iştirak edəcək. Əsas məqsəd kağızsız ticarət üzrə hazırlanmış qiymətləndirmə sənədini və tövsiyələri, həmçinin ilkin fəaliyyət planını müzakirə etməkdir. UNESCAP-ın əvvəlki qiymətləndirmələrinə əsasən Azərbaycan sərhədlərarası kağızsız ticarət sahəsində Asiya və Sakit okean regionunda öncül ölkələrdən sayılır”, - deyə Vüsal Qasımlı vurğulayıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?