Azərbaycan neftinin qiyməti 82 dolları ötüb 5 Yanvar 2022 12:01 Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,94 dollar artaraq 82,49 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.