13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni azad iqtisadi zonaların yaradılması aktualdır

Azərbaycan Prezidentinin fərmanı ilə yaradılacaq Zonaların İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək və azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.

Millət vəkili Vüqar Bayramov bildirib ki, agentliyin yaradılması yeni azad iqtisadi zonaların təşkil olunması məsələsinin aktuallığını bir daha təsdiq edir:
“Agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə malik olacaq və onların infrastruktur tələblərini müəyyənləşdirəcək. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müsasir infrastrukturunun formalaşması bu sahədə imkanları daha da genişləndirir”.

Millət vəkili vurğulayıb ki, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına yenidən inteqrasiyası baxımından da vacibdir.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?