Yeni azad iqtisadi zonaların yaradılması aktualdır

2021.12.27 14:08 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bildirib ki, agentliyin yaradılması yeni azad iqtisadi zonaların təşkil olunması məsələsinin aktuallığını bir daha təsdiq edir:
“Agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə malik olacaq və onların infrastruktur tələblərini müəyyənləşdirəcək. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müsasir infrastrukturunun formalaşması bu sahədə imkanları daha da genişləndirir”.

Millət vəkili vurğulayıb ki, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına yenidən inteqrasiyası baxımından da vacibdir.