17 May 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DSMF-nin gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7 faizini əhaliyə ödənişlər təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7 faizini və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci il Fondun büdcəsindən 255,2 milyon manat və ya 5,2 faiz çoxdur. Əhaliyə ödənişlər üzrə xərclərin 4 milyard 951 milyon manat əmək pensiyalarının və 182 milyon manatı isə məcburi dövlət sosial sığorta haqlarının hesabına verilən müavinətlərə görə təmin ediləcəkdir.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 17-də parlamentdə 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, büdcə layihəsində əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün təxminən 210 milyon manat vəsait nəzərdə tutulur. Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ilin 10 ayında 331 manat təşkil edib, 2022-ci ildə isə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilib. 2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat olub. 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 35 manat artaraq 298 manata çatdırılması nəzərdə tutulur.

VergiDövlət Vergi Xidmətinin rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb İqtisadiyyatMikayıl Cabbarov Səngəçal terminalına səfər edib MüsahibələrVasif Eyvazzadə: Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişafı üçün böyük potensial var MÜSAHİBƏ VergiDövlət Vergi Xidmətinin rəisi AHK İmpuls tədbirinin qonağı olub İqtisadiyyatKİV nümayəndələri 195-1 Çağrı Mərkəzi ilə tanış olublar REPORTAJ VergiVergi daxilolmalarının 68,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb İqtisadiyyatƏmlak Xidmətləri Məkanında bir gün FOTOREPORTAJ İqtisadiyyatİstedadlarla karyera yolları arasında körpü MüsahibələrMehdi Babayev: Şəffaflıq istiqamətində vergi tətbiqləri vergi ödəmə mədəniyyətini formalaşdırıb MÜSAHİBƏ VergiDövlət Vergi Xidmətinin rəisi bank sektorunun nümayəndələri ilə görüşüb