25 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Oktyabrın 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 5 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2024-cü il oktyabrın 8-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”