16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Noyabrda Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

Noyabrın 14-17-də Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək forum bir sıra ölkələrdən iş adamlarını və dövlət rəsmilərini bir araya gətirəcək.

KOBİA-dan bildirilib ki, hər il müxtəlif ölkələrdə keçirilən forumun təşkilində başlıca məqsəd ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsidir. Bu məqsədlə forum çərçivəsində bir sıra konfranslar, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgilər və digər tədbirlər keçiriləcək.

Türkiyədə səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar arasında keçirilmiş görüşdə foruma hazırlıq işlərinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu ilin iyul ayında KOBİA və İBF arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, foruma hazırlıq işləri davam etdirilir. Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur. Forum post-COVID dövründə də ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı olacaq.

Görüşdə KOBİA və MÜSİAD arasında yeni əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?