20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı

Son günlər üçüncü şəxslər üçün mal idxal edən və vergidən yayınan bəzi şirkətlər malların gömrük ərazisində saxlanılması və onlara qarşı maneə yaradılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması məqsədilə səmərəli vergi və gömrük nəzarəti mexanizmləri tətbiq edilməklə dövriyyələrin “ağardılması” istiqamətində müvafiq addımlar atılır. Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirlərindən biri də “İSEL A” MMC-də həyata keçirilib. Bununla bağlı aparılmış araşdırma ilə müəyyən edilib ki, şirkətin ona məxsus olduğu iddia etdiyi mallar Quliyev Famil Faiq oğlunun əvvəlcədən sifarişi əsasında gətirilsə də, bununla bağlı ona heç bir qanuni sənəd təqdim edilmir. Famil Quliyev Dövlət Vergi Xidmətinə müraciət edərək “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərdiyini, həmin malların onun üçün gətirildiyini, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, MMC tərəfindən ona heç bir sənəd verilmədiyini bildirib və bununla bağlı kömək göstərilməsini xahiş edib.

Araşdırma nəticəsində “İSEL A” MMC-nin təsisçisinə məxsus digər MMC-də aparılmış operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərinin formal olaraq qeydiyyata alındığı və əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparıldığı aşkar olunub.

Faktla bağlı müvafiq araşdırmalar davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?