21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tədavüldə təmiz pul siyasəti

AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib

13.09.2021 [10:44]MALİYYƏ

Bakı, 13 sentyabr, AZƏRTAC

Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tədavüldə təmiz pul siyasəti” həyata keçirilir.

AMB-dən bildirilib ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur. Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb. Bildiririk ki, bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?