7 Oktyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 14-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar avqustun 11-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda, təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizədək artırıla bilər.

Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu 99.5167-99.5543 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Vergi2022-2023-cü illər üzrə Yol Xəritəsi vergi sistemində biznes üçün əhəmiyyətli yeniliklər vəd edir Ekspert RəyiŞadlıq saraylarının hansı xərcləri gəlirdən çıxıla bilər? VergiƏDV məbləği hansı halda malların və ya xidmətlərin dəyərinə əlavə edilir? İqtisadiyyatVüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz genişlənməkdədir" İqtisadiyyatMaksim Reşetnikov: "Azərbaycan Rusiyanın ənənəvi tərəfdaşıdır" VergiVergi sisteminin qiymətləndirilməsi 3 əsas altindikator üzrə aparılacaq VergiHesabat dövründə sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicisi nə etməlidir? VergiVergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib İqtisadiyyatRüfət Quliyev: IGB çox mühüm strateji layihədir İqtisadiyyatBu ilin 9 ayında Azərbaycan nefti 11 faizdən çox bahalaşıb