14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın kredit reytinqi yüksəlib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqini yüksəldərək "BB+" səviyyəsində təsdiq edib

Agent­lik son 2 ildə ölkəmizin bir çox iqtisadi sahələr və investisiyalar üzrə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını nəzərə alaraq bu qərarı verib. Təşkilatın analitiki Marina Stefani bildirib ki, Azərbaycanın son 2 ildə tədiyyə balansı yaxşılaşmağa başlayıb və maliyyə sabitliyinin möhkəmlənməsi iqtisadi riskləri aradan qaldırıb. 2017-ci ildən Azərbaycan iqtisadiyyatı tam sabitləşmə mərhələsinə qədəm qoyub. 2017-ci və 2018-ci ildə ölkədə sistem əhəmiyyətli islahatlar davam etdirilib, yerli və xarici biznesin fəaliyyəti stimullaşdırılıb, qeyri-neft ixracı ilə məşğul olan sahibkarlara ixrac qabiliyyətinin artırılması üçün təşviq siyasəti həyata keçirilib və nəticədə maliyyə sabitliyi təmin edilib.

Agentlik vurğulayır ki, dünya neft bazarlarında əlverişli cari vəziyyət Azərbaycan hakimiyyətinə qeyri-neft sektoruna investisiya qoyuluşlarını artırmağa, pul-kredit siyasətini bir qədər zəiflətməyə imkan verib ki, bu da kreditləşdirmənin tədricən artmasına şərait yaradıb. Tədiyyə balansının 2017-ci ilin əvvəllərindən profisitlə müşahidə olunması xarici valyuta ehtiyatlarının artması, milli valyutanın sabitliyinin təmin edilməsi üçün əsaslı zəmin yaradır. Hazırda ölkənin strateji valyuta ehtiyatları 45 milyard dollara yüksəlib ki, bu da güclü iqtisadi təhlükəsizlik deməkdir.

"Fitch" beynəlxalq reytinq agentliyin proqnozlarına görə,

2018-ci ildə Azərbaycanda iqtisadiyyatın sabit iqtisadi inkişafı fonunda

ümumi daxili məhsulun 1,7% səviyyəsində artımı proqnozlaşdırılır

Azərbaycan hökumətinin son illərdə həyata keçirdiyi büdcə-fiskal-vergi siyasətinə diqqət çəkən reytinq agentliyinin iqtisadçısı aparılan islahatların maliyyə intizamının artmasına, xərclərin səmərəliliyinin yüksəlməsinə və iqtisadi artımın dəstəklənməsinə yönəldiyini vurğulayıb. Qeyd olunub ki, büdcənin maliyyə ehtiyatlarının formalaşmasında neft sektorunun payının aşağı düşməsi və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin yalnız iri investisiya layihələrinə yönəldilməsi, gəlirlərin vergi-gömrük daxil­olmaları əsasında formalaşdırılması sabit maliyyə-büdcə sisteminin möhkəmlənməsinə imkan verir. Hazırda icra olunan strateji yol xəritələri də milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını strateji dayanıqlığını təmin etmək üçün ən yaxşı strateji addımlar hesab olunur. Bu siyasət ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və qeyri-neft ixracının stimullaşdırılması məqsədi daşıyır.

Agentliyin proqnozlarına görə, 2018-ci ildə Azərbaycanda iqtisadiyyatın sabit iqtisadi inkişafı fonunda ümumi daxili məhsulun (ÜDM) 1,7 faiz səviyyəsində artımı proqnozlaşdırılır. İqtisadi artım əsas etibarilə qeyri-neft sektorundakı inkişaf hesabına təmin olunacaq. 2018-ci ildə həmin sahə üzrə 3 faiz, 2019-cu ildə 5 faiz artım gözlənilir ki, bu da ümumi iqtisadi inkişafın 2 faizədək yüksəlməsinə şərait yaradacaq. İqtisadi fəallığın yaxşılaşması hesabına qeyri-neft sektoruna investisiya qoyuluşlarının artımı gözlənilir.

ELBRUS

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?