23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb

Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb

Mayın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Startap üçün yeni imkanlar” mövzusunda vebinar keçirilib.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin və startapların iştirakı ilə təşkil olunmuş onlayn tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov, Agentliyin əməkdaşı Hümbət Abdullayev startaplar üçün mövcud dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi, onun üstünlükləri, şəhadətnamə üçün müraciət qaydası və lazım olan sənədlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini almaq istəyən KOB subyektləri Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Tədbir çərçivəsində həmçinin, “Startap”lar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və KOBİA-ya tərəfindən təqdim edilən digər dəstək mexanizmləri, o cümlədən bu yaxınlarda nəticələri elan edilmiş ilk təhsil, elm, tədqiqat və dəstək layihələri müsabiqəsində iştirak və növbəti müsabiqəyə dair məlumatlandırılıb.

Onlayn tədbir çərçivəsində KOB subyektlərini və startapları maraqlandıran suallar da cavablandırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?