19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərin 28-ci Forumunda iştirak ediblər. Videoformatda keçirilmiş forumda təşkilata üzv olan 44 ölkənin 56 nümayəndəsi iştirak edib. Forumda Dövlət Vergi Xidmətini İOTA-nın Azərbaycan tərəfindən baş əlaqələndirici şəxsi, DVX-nın Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi vəzifələrini icra edən, baş idarə rəisinin müavini Orxan Musayev və idarənin əməkdaşı Səməd Bayramlı təmsil edib.

Forumun birinci günündə İOTA-nın icraçı katibi vəzifələrini müvəqqəti icra edən Yevgenius Soldatkovas çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyəti barədə hesabat xarakterli məlumat verib. Sonra təşkilatın post-pandemiya dövründə fəaliyyət istiqamətləri, virtual formatda keçirilmiş tədbirlərin İOTA-ya üzv olan dövlətlərə qazandırdığı üstünlüklər və yaratdığı çətinliklər, eləcə də gələcəkdə keçirilməsi planlaşdırılan “hibrid” formatda tədbirlərin səmərəliliyi barədə müzakirələr aparılıb. Forumun ikinci günündə üzv dövlətlər arasında texniki yardımın göstərilməsi formatları və beynəlxalq vergitutma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən IOTA-nın tam hüquqlu üzvüdür və 13 may 2003-cü il tarixdən etibarən müvafiq qanunla qurumun Nizamnaməsinə qoşulub. Dövlət Vergi Xidməti ardıcıl olaraq 3 dəfə (2013/2014, 2014/2015 və 2015/2016-cı illər) təşkilatın İcraiyyə Şurasına üzv seçilib. Hazırda IOTA-nın 2018-2022-ci illər üzrə Strategiyası qüvvədədir və həmin Strategiyanın hazırlanmasında DVX-nin əməkdaşları yaxından iştirak edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?