11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal Ticarət Qovşağının yeni funksionalı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Mərkəzi Bankı (AMB) və Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” mövzusunda onlayn konfrans keçirilib.

İİTKM-dən bildirilib ki, konfransda Azərbaycanda rəqəmsal mühitin inkişafında əməkdaşlığın rolu, vahid ekosistemin formalaşmasının əhəmiyyəti, bu istiqamətdə çağırışlar və perspektivlər müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda rəqəmsal ekosistemin inkişaf istiqamətləri, Prezidentin rəqəmsallaşma siyasəti və aparılan islahatlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşmanın kommunikasiya xidmətlərindən istifadə etməklə elektron bankçılıq, səhiyyə və digər sahələrdə əhatə dairəsi genişləndirilir. Bu gün ölkədə elektron hökumətdən rəqəmsal hökümətə doğru, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid həyata keçirilir və bu da iqtisadi-sosial inkişaf üçün vacib məsələdir.

V.Qasımlı işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ekosistemin yaradılması istiqamətində aparılan tədbirlərdən danışıb. Dünya trendlərini, statistikaları və proqnozları səsləndirən icraçı direktor rəqəmsallaşmanın qlobal müstəvidə mövcud olan geniş inkişaf potensialında Azərbaycanın da payı olduğunu deyib.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov, Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, “PAŞA Bank”ın Baş icraçı direktoru Taleh Kazımov bankların rəqəmsallaşması və innovativ həllərin tətbiqinin inkişafa aparan töhfələrindən, ümumilikdə bank sektorunda mövcud vəziyyət və perspektivlərdən danışıblar.

Azərbaycan Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri Məsumə Talıbova portalın təqdimatını edərək istifadəçilərə təqdim olunan elektron xidmətlərdən, həmçinin portalın yerli və beynəlxalq əməkdaşlıqlarının rəqəmsal ekosistemin inkişafına müsbət təsirindən bəhs edib.
Tədbirdə Rəqəmsal Ticarət Qovşağının və Azərbaycan Mərkəzi Bankının “Bank Market” platformasına inteqrasiyası və yeni funksionalın təqdimatı nümayiş edilib.
Rəqəmsal Ticarət Qovşağının vasitəsilə ilk dəfə olaraq məsafədən bank hesabı açan portalın m-rezidenti Koral Türkkan xaricdə yaşamasına baxmayaraq, Azərbaycanda mövcud olan biznesini portal vasitəsilə çox rahat şəkildə idarə edə bildiyini və təqdim olunan xidmətlərin bu istiqamətdə çox faydalı olduğunu, yeni funksionalın da çox geniş imkanlar yaratdığını vurğulayıb. O, xüsusilə “Marketplace” formatında olan və geniş bank seçimləri təqdim edən bu funksional istifadəçinin öz ölkəsində filialı olan bir bank seçməsi üçün çox rahat imkan nümayiş etdirib.

Tədbirin ikinci hissəsi maliyyə institutlarının iştirakçılarının sektorun cari vəziyyəti, çağırış və perspektivləri barədə məlumat xarakterli çıxışları ilə davam edib. Sonda isə 100 nəfərin də iştirak etdiyi interaktiv sual-cavab sessiyası baş tutub. Bank sektorunun rəqəmsallaşması və rəqəmsal həllərdən istifadə ilə bağlı suallar cavablandırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?