20 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İrimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti aylardan etibarən ölkəmizin regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq. Məqsəd torpaqların müasir vəziyyətinin müəyyən edilməsi, bələdiyyə, xüsusi mülkiyyətə verilən və dövlət mülkiyyətində saxlanılan torpaqlardan səmərəli istifadə edilməsi, münbitliyinin öyrənilməsi və artırılmasıdır. Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas vəzifələrdəndir.

Qeyd edək ki, torpaq tədqiqatı işləri hazırlıq, çöl torpaq tədqiqatı, kameral olmaqla 3 mərhələdə aparılacaq. İrimiqyaslı çöl torpaq tədqiqatının aparılması üzrə hazırlıq mərhələsində əvvəlcədən tədqiqat obyektinin yerləşdiyi bölgənin adı, torpaqların mülkiyyət formaları, tədqiqat aparılacaq ərazinin sahəsi, coğrafi mövqeyi və digər məlumatlar toplanır. Çöl torpaq tədqiqatı zamanı naturada yayılan torpaqları bütün kompleksliyi ilə özündə əks etdirən torpaq xəritələri tərtib edilir, mülkiyyətçilərin torpaqdan səmərəli istifadə etməsi üçün onların xassələrinin təyin olunmasına imkan verən məlumatlar əldə olunur. Son mərhələdə çöl tədqiqatı məlumatları, laboratoriya analitik rəqəmləri əsasında (torpaq qatının qalınlığı, mexaniki tərkibi, humusu, karbonatlığı, şorlaşma və şorakətləşməsi) torpaqların tipoloji adları dəqiqləşdirilir və torpaq xəritəsində əksini tapır.

Yerinə yetirilən işlərin nəticələri Torpaqların Elektron Kadastr və Uçotu İnformasiya Sistemində yerləşdiriləcək.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?