24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vüqar Bayramov: Qeydiyyatsız evlərin rəsmiləşdirilməsi ilə bağlı prosedurların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir

Vüqar Bayramov: Qeydiyyatsız evlərin rəsmiləşdirilməsi ilə bağlı prosedurların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir

Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmiləşdirilməsi ilə bağlı prosedurların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir. İndiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir. İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minədək sənədsiz tikili var. Onlardan 400 mini paytaxt və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksəkgərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab olunur.
Kənd təsərrüfatına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədəuyğun olardı. Əgər həmin ərazi kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümkündürsə, o zaman burada sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər.

Gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacaq. Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədəuyğun olardı. Yəni, nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqları tanına bilər. Bu, eyni zamanda, fiskal ödənişlərin artırılması baxımından da vacibdir”, - deyə deputat qeyd edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?