7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib

DOST mərkəzlərinin xidmətlərindən 2019-cu ildə 62 min 948 nəfər, 2020-ci ildə 2,8 dəfə çox olmaqla 177 min 632 nəfər istifadə edib. Bu ilin yanvar-fevral aylarında isə 62 min 516 nəfər mərkəzlərin xidmətlərindən faydalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu ilin may ayından Bakıda 3 DOST mərkəzi istifadəyə verilib. Paytaxtın 8 rayonunun (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) sakini DOST xidmətləri ilə əhatə olunub. Ümumilikdə DOST xidmətləri ilə əhatə olunanların sayı bu il martın 1-dək 303 mini ötüb.

DOST mərkəzlərində dövlət sosial xidmətləri “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.

142 “Çağrı mərkəzi” tərəfindən isə 2020-ci ildə əvvəlki ilə nisbətən 3,3 dəfə çox olmaqla 673 min 374 vətəndaş müraciəti cavablandırılıb. Bu ilin yanvar və fevral aylarında edilən 81 min 51 müraciət də daxil olmaqla “Çağrı mərkəzi” vasitəsilə 956 min 716 müraciətin cavablandırılması təmin edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?