22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bərpaolunan enerji mənbələri Avropada elektrik enerjisi istehsalında birinci yerə yüksəlib

Bərpaolunan enerji mənbələri Avropada elektrik enerjisi istehsalında birinci yerə yüksəlib

Avropada bərpaolunan enerji mənbələrindən enerji istehsalı ötən il ilk dəfə birinci yerə yüksəlib.

Pandemiya ilə bağlı məhdudiyyətlərin enerji tələbatını azaltdığı 2020-ci ildə tədarükdəki azalma əsasən daha bahalı ənənəvi enerji mənbələrində baş verib. Belə ki, iqlim hədəflərinə uyğun olaraq payının daha da artacağı hədəflənən yaşıl enerji mənbələri Avropanın elektrik istehsalında indidən birinci yeri tutub.

Bununla yanaşı, 2030-cu ilə qədər karbon emissiyalarını 1990-cı ildəki səviyyəyə görə 55 faiz azaldılması hədəfinə çatmaq üçün Avropanın bərpaolunan mənbələrdən elektrik istehsalı payını ikiqat artırması lazımdır.
“Ember and Agora Energiewende” tədqiqat təşkilatının hesablamalarına görə, keçən il Avropa İttifaqında (Aİ) elektrik enerjisi istehsalının 38 faizi bərpaolunan mənbələrdən əldə edilib. Bu göstərici 2019-cu ildə 34 faiz idi. Bununla da, bərpaolunan enerji mənbələri 37 paya sahib ənənəvi enerji mənbələrini geridə qoyub.

Ötən il qitədə külək və günəş enerjisindən elektrik enerjisi istehsalı 2019-cu ilə nisbətən 10 faiz artıb. Kömür hasilatı isə 20 faiz azalaraq 5 il əvvəlki səviyyənin yarısına enib. Təbii qaz istehsalı 4 faiz civarında azalıb, ancaq yenə də son 10 ilin orta göstəricisindən 12 faiz yüksəkdir.
Kömürdən uzaqlaşmaq son 5 ildə Avropanın enerji istehsalındakı karbon intensivliyinin 29 faiz azalmasına səbəb olub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?