Statistik vahidlərin sayı artıb
2020-ci il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6,3 faiz artaraq 2021-ci il yanvarın 1-nə 155 min 435 olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “İnformasiya və rabitə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Emal sənayesi”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Peşə, elmi və texniki fəaliyyət”, “Tikinti” və “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,3 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (19 faiz), “Tikinti” (9,9 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,7 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,9 faiz) və “Emal sənayesi” (5,8 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (21,6 faiz), İran (10,4 faiz), Rusiya (4,6 faiz), Böyük Britaniya (4,1 faiz), ABŞ (1,7 faiz) və Almaniya (1,1 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.
İl ərzində ləğv edilmiş statistik vahidlərin 19,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,1 faizi “Maliyyə və sığorta fəaliyyəti”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin hər birində 11,8 faiz, 7 faizi “Tikinti” sahəsində, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 33,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 7,9 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,7 faizi “Emal sənayesi”, 7 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrinin, qalanları isə digər bölmələrdədir. 2020-ci ildə yeni yaradılmış statistik vahidlərin 98,2 faizi xüsusi mülkiyyətli (o cümlədən 12,4 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 1,8 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan statistik vahidlərin 60,3 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 83,2 faizi Bakıda, 5,1 faizi Abşeron, 3,5 faizi Aran, 2,8 faizi Gəncə-Qazax, Lənkəran və Şəki-Zaqatala iqtisadi rayonlarının hər birində 1,4 faiz və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (8,5 faiz), Abşeron iqtisadi rayonunda (4,8 faiz), Gəncə-Qazax iqtisadi rayonunda (3 faiz), Şəki-Zaqatala iqtisadi rayonunda (2,5 faiz), Naxçıvan Muxtar Respublikası, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında (hər birində 2,3 faiz), Lənkəran və Aran iqtisadi rayonlarında (hər birində 1,9 faiz) daha fəal olub. Bu dövrdə Bakı şəhəri üzrə 292, Aran iqtisadi rayonu üzrə 41, Abşeron iqtisadi rayonu üzrə 25, Naxçıvan Muxtar Respublikası üzrə 19, Gəncə-Qazax iqtisadi rayonu üzrə 13, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 9, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7, Lənkəran iqtisadi rayonu üzrə 6, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 3, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının hər biri üzrə isə 1 statistik vahid ləğv edilib.
Bu il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib. Göründüyü kimi, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,1 faizini mikro sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (32,1 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (15,8 faiz), tikinti (10,3 faiz) və kənd təsərrüfatı (8,1 faiz) sahələrində yaradılıb. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,3 faizini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (29,4 faiz), tikinti (12,6 faiz), emal sənayesi (9,3 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,3 faiz) sahələrindədir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (25,5 faiz), tikinti (16,3 faiz), emal sənayesi (11,9 faiz) və nəqliyyat və anbar təsərrüfatı (5,6 faiz) sahələrində yaradılıb. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (18,3 faiz), emal sənayesi (15,3 faiz), tikinti (15 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,8 faiz) sahələrində yaradılıb. Mikro sahibkarlıq subyektlərinin 63,4 faizi Bakıda, 10,6 faizi Aran, 7,1 faizi Abşeron, 4,9 faizi Gəncə-Qazax, 4,6 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlardadır. Kiçik sahibkarlıq subyektlərinin 66,9 faizi Bakıda, 8,8 faizi Aran, Gəncə-Qazax və Abşeron iqtisadi rayonlarının hər birində 5,9 faiz, 2,9 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Orta sahibkarlıq subyektlərinin 62,7 faizi Bakıda, 9,4 faizi Aran, Gəncə-Qazax və Abşeron iqtisadi rayonlarının hər birində 5,9 faiz, 4,2 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlardadır. İri sahibkarlıq subyektlərinin 76,7 faizi Bakıda, 6,5 faizi Abşeron, 6,1 faizi Aran, 4 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.