8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Zonaların İnkişafı Agentliyi sənayeləşmə prosesində vahid institut kimi fəaliyyət göstərəcək

Agentliyin yaradılması sayəsində Azərbaycanda istehsal olunan yüksək texnoloji məhsulların ixrac imkanlarını genişləndirmək mümkündür. Professor Elşad Məmmədov bu addımın atılmasını ölkədə həyata keçirilən sənayeləşmə, iqtisadiyyatın modernizasiyası ilə bağlı çağırışlara institusional formada reaksiya kimi dəyərləndirib.

“İndiyədək ölkədə sənaye parklarının inkişafı, texnoloji tutumlu iqtisadi sahələrin yaradılması istiqamətində işlər görülüb və bu işlərin bir institutlaşmasına, sistemliliyinə zərurət yaranmışdı. Hesab edirəm ki, yeni yaradılan agentliyin əsas missiyası bu istiqamətdə modernizasiya ilə bağlı sistemliliyi təmin etmək olacaq. Qurum bir inkişaf institutu kimi fəaliyyət göstərəcək.

Agentliyə maliyyə-kredit dəstəyinin verilməsinə ehtiyac olacaq və tələb olunan resurs mənbəyinin lazımi səviyyədə olması, eyni zamanda fiskal güzəştlərin tətbiqi vacibdir. Bu prosesin reallaşdırılması nəticəsində ölkədə rəqabətqabiliyyətli istehsal formalaşdırılacaq. Rəqabətqabiliyyətli istehsal daxili bazarın tələblərini təmin edəcək, idxaldan asılılığın azaldılmasına istiqamətləndiriləcək. Digər tərəfdən də bu gün dünyada və bölgədə baş verən proseslər fonunda ixrac bazarlarının genişləndirilməsi gündəmdədir. Regional iqtisadi inteqrasiya bizə qeyri-neft sektoru üzrə ixrac bazarlarının genişləndirilməsi imkanlarını yaradır. Bu imkanlardan istifadə edərək ölkədə istehsal olunan yüksək texnoloji məhsulların ixrac imkanlarını da genişləndirə bilərik.
İxrac bazarlarına çıxmaq üçün yüksək rəqabətqabiliyyətli məhsulların istehsal olunması üçün istehsalın bütün zəncirləri üzrə istehsal prosesinin lokallaşdırılmasına ehtiyac var. İstehsalın lokallaşdırılması, ölkədə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı prosesinin təşkili yeni yaradılan agentliyin fəaliyyətində başlıca yer tutacaq”.

Fərqanə ALLAHVERDİQIZI

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?