6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ay qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,7 faiz artıb

2019-cu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 5 milyard 929 milyon 5 min manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediblər. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin ilk ayı ilə müqayisədə 2,9 faiz çoxdur.

Ötən ay iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,7 faiz, neft sektorunda isə 3,2 faiz artıb. ÜDM istehsalının 45,9 faizi sənayedə, 10,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5,6 faizi tikintidə, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 17,2 faizi digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manat olub.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?