12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti illərdə də Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək

Ötən 17 il ərzində Azərbaycan iqtisadiyyatı kifayət qədər ciddi inkişaf yolu keçib.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, həmin illər ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Ölkə başçısının Azərbaycana rəhbərlik etdiyi 17 ildə 2,7 milyon yeni iş yerləri yaradılıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nominal orta əməkhaqqı 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər çox ciddi inkişaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən artım, dövlət gəlirlərinin 20 dəfə artması böyük rəqəmdir. Belə bir artım digər ölkələrin təcrübəsində çox nadir rast gəlinən artımdır.

“2014-cü ildən sonra postneft dövründə Azərbaycanda dərinləşmiş islahatlar qeyri-neft sektorunun payının artmasına imkan verir. Biz, mütəmadi olaraq son illər mərhələli şəkildə qeyri-neft sektorunun payında artımlar müşahidə edirik. Belə ki, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 70 faizə yaxınlaşır, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 45 faizə yaxındır. Bu da ondan xəbər verir ki, iqtisadiyyatın dayanıqlılığı, inklüziv iqtisadi artımın formalaşması uzunmüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması ilə bağlı ciddi baza formalaşıb. Eləcə də Azərbaycanın dövlət rezervləri 51 milyard dolları ötüb. Bu da o deməkdir ki, Azərbaycanın xarici valyuta ehtiyatları onun ümumi daxili məhsulu qədərdir. Bu da ondan xəbər verir ki, növbəti illərdə də Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə davam edəcək. Növbəti illərdə də dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni inkişaf uğurlarına imza atacaq ki, bu da xüsusən qeyri-neft sektorunun payının artırılmasında özünü ehtiva edəcək”, - deyə V.Bayramov bildirib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?