23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiyanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

Yaponiyanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çuniçi Vada və Səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

Səfirlik əməkdaşlarına sənaye parklarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizdə yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən güzəştlər barədə məlumat verilib.

Görüşdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə təqdimat keçirilib.

Sonda Yaponiya Səfirliyinin nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, Parkın rezidenti “Azertexnolayn” MMC-nin Polad Boru Zavodunda istehsal prosesi ilə tanış olub.

Qeyd edək ki, “Azertexnolayn” MMC-nin müəssisələrində bir çox qabaqcıl ölkələrin, o cümlədən Yaponiyanın texnologiyalarından istifadə edilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?