30 Oktyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azeri Light” neftinin bir barelinin qiyməti 42 dolları ötüb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,78 dollar artaraq 42,42 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.