20 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.

KOBİA-dan bildirilib ki, agentliyin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılması üçün biznesə başlamaqda maraqlı olan şəxslər müxtəlif təlimlərə cəlb olunur, onların potensialına uyğun müvafiq fəaliyyət sahəsi seçilir, fərdi sahibkarlıq subyektinin və ya məhdud məsuliyyətli cəmiyyətin (MMC) təsis olunması üçün sənədləşdirmə, qeydiyyat, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə dəstək göstərilir. 2020-ci ilin fevralında fəaliyyətə başlamış Xaçmaz KOB İnkişaf Mərkəzinin dəstəyi ilə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda 4 fərdi sahibkarlıq subyekti və 5 MMC yaradılıb. Yeni yaradılmış sahibkarlıq subyektləri xidmət, ticarət, tədris, kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün tara istehsalı, məişət texnikasının onlayn satışı, süd məhsullarının sifarişlə çatdırılması, pomidor istehsalı və ixracı, gömrük təmsilçiliyi sahələrində fəaliyyət göstərirlər.

Qeyd edək ki, KOB İnkişaf Mərkəzləri sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə yanaşı, biznesə başlamaq istəyənlərə, mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişaf etdirilməsi üçün təlim və məsləhət xidmətləri təqdim edir, məlumatlandırma, əlaqələndirmə, maliyyə resurslarına çıxış və sair kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?