1 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin nəzərinə! VİDEO

Son günlər sosial şəbəkələrdə xarici ölkələrdən birində qeydə alınmış, vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən və rəsmi dövlət qurumlarına məxsus vizual elementlərdən istifadə edən internet resursu barədə məlumatlar yayılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vətəndaşların diqqətinə çatdırır ki, vergi öhdəlikləri və ödənişlərlə bağlı məlumatlar yalnız rəsmi mənbələr vasitəsilə əldə edilməli, ödəniş əməliyyatları qanunvericilikdə müəyyən edilmiş rəsmi elektron xidmətlər üzərindən, banklar və ya ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir. Dövlət qurumlarının adından çıxış edən, şəxsi və ya bank kartı məlumatlarının daxil edilməsini tələb edən internet resurslarından istifadə etmək təhlükəlidir.

Vətəndaşlardan şübhəli hallarla qarşılaşdıqda ehtiyatlı davranmaq, şəxsi məlumatlarını üçüncü tərəflərlə paylaşmamaq və yalnız rəsmi mənbələrə etibar etmək xahiş olunur. Xatırladırıq ki, Dövlət Vergi Xidməti heç bir halda internet resursları vasitəsilə vətəndaşlardan bank kartı məlumatlarını tələb etmir.

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?