12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız qaydada alınmış daşınmaz əmlak üzrə 90,7 mln. manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihənin icrası uğurla davam etdirilir.

2026-cı ilin martın 1-dək portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28.237 müraciət daxil olub. Bu müraciətlərdən 17.072-si üzrə 90,7 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9.234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub.

2026-cı ilin ilk 2 ayı ərzində portal vasitəsilə ümumilikdə 1.265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6,0 mln manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.

Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:

1. Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;

2. Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;

3. Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;

4. Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.

Qeyd edək ki, ödənişin tam və ya bir hissəsi alıcı tərəfindən deyil, başqa şəxs tərəfindən aparıldıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır.

Dövlət Vergi Xidməti tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun qaydada təqdim etmələri tövsiyə olunur. Məlumat üçün bildirək ki, portal istifadəyə verildikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3.914 sayda müvafiq məlumat forması təqdim edilib. Bu istiqamətdə vergi orqanları tərəfindən müvafiq monitorinq və təhlil işləri aparılır.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?