Vergi ödəyicilərinin nəzərinə! VİDEO

“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na əsasən, Rezidentlik sertifikatı almaq üçün “Rezidentlik sertifikatının alınması haqqında” Ərizə (DTA-01 forması) 2026-cı il fevralın 27-dən etibarən elektron qaydada Dövlət Vergi Xidmətinin rəsmi səhifəsi new.e-taxes.gov.az vasitəsilə təqdim edilməlidir. Rezidentlik sertifikatları (Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən daimi nümayəndəliklər, əcnəbilər və VÖEN-i olmayan fiziki şəxslər istisna olunmaqla) vergi ödəyicilərinə avtomatik qaydada təqdim olunacaq. Hər hansı bir texniki uyğunsuzluq yarandığı təqdirdə, məsələnin operativ həlli üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.