12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məlumatlandırma tədbirləri davam etdirilir VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda öhdəlik daşıyan şəxslər hesab olunur və fəaliyyətlərini müvafiq tələblərə uyğun şəkildə təşkil etməlidirlər.

Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər tərəfindən daxili nəzarət sisteminin qurulması, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, institusional risklərin qiymətləndirilməsi, mürəkkəb və qeyri-adi əməliyyatların təhlili, şübhəli əməliyyatlar barədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi və digər tədbirlər təmin olunmalıdır. Bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Qanunvericiliyin pozulması hallarında İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə uyğun olaraq vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə 8 min manatdan 15 min manatadək məbləğdə cərimə edilir.

Vergi ödəyicilərinin düzgün məlumatlandırılması və risklərin azaldılması məqsədilə müvafiq izahlı və metodiki materiallar, eləcə də aktual normativ hüquqi aktlar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində mütəmadi olaraq yerləşdirilir. Vergi ödəyicilərinə təqdim edilən materiallarla tanış olmaq, fəaliyyətlərini mövcud tələblərə uyğun qurmaq və maliyyə sisteminin şəffaflığının təmin olunmasında fəal iştirak etmək tövsiyə olunur.

Dövlət Vergi Xidməti vergi ödəyicilərini pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət etməyə və rəsmi mənbələrdə yayımlanan məlumatlardan müntəzəm faydalanmağa çağırır.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?