2 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeniliklər tətbiq olunacaq VİDEO

2026-cı ildə vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində vergi sistemində bir sıra mühüm yeniliklərin tətbiqi nəzərdə tutulur. Onlardan biri də “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın elektron qaydada təqdim olunmasıdır. Belə ki, məlumatların vahid mənbədə toplanması, şəffaflığın, hesabatlılığın təmin edilməsi, sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin əlçatanlığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, kağız daşıyıcıdan istifadənin aradan qaldırılması və nəticədə məmur - vətəndaş təmasının minimuma endirilməsi məqsədilə, gələn ildən etibarən “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə elektron qaydada veriləcək.

“AYNA” informasiya sisteminin digər informasiya sistemlərinə inteqrasiyası nəticəsində həmin xidmətin göstərilməsi ilə əlaqədar zəruri sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olacaq. Bununla da həmin sənədlər vergi ödəyicisindən tələb edilməyəcək.

Dəyişiklik prosedurların daha sürətli və şəffaf aparılmasını, xidmət keyfiyyətinin yüksəlməsini və vergi ödəyicilərinin məmnunluğunu təmin edəcək.

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?