14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilir VİDEO

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir.

Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 faiz vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən həmin vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təklif olunur.

Dəyişiklik, bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət göstərəcək. Bununla yanaşı, xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınını təşviqi üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?