14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək VİDEO

17-19 iyun tarixlərində Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçiriləcək. "Sürətlə dəyişən mühitdə uyğunlaşan və çevik vergi administrasiyası" mövzusunda təşkil ediləcək tədbirdə vergi administrasiyalarının müasir çağırışlara vaxtında cavab vermək üçün istifadə edə biləcəyi innovativ yanaşmalar və alətlər diqqət mərkəzində olacaq, innovasiyaların təcrübədə tətbiqi, vergi inzibatçılığında çevik metodlar və alətlər barədə təqdimatlar nümayiş etdiriləcək.

Tədbir çərçivəsində vergi administrasiyalarına daha sürətli uyğunlaşma, konstruktiv qərarların qəbulu, innovasiyaların təşviqi, səriştələrin artırılması və işçi qüvvəsinin planlaşdırılmasını optimallaşdırmağa imkan verən texnologiya və platformalarla zəngin sərginin keçirilməsi də nəzərdə tutulub.

IOTA-nın 29-cu Baş Assambleyası Avropanın və regionun aparıcı vergi mütəxəssislərini bir araya gətirərək, vergi sistemləri üçün çevik strategiyaların, adaptiv struktur və idarəetmənin, müasir yanaşmaların, innovasiya üçün lazım olan bacarıq və səriştələrin, qabaqcıl liderlik təcrübələrinin təqdim edildiyi platforma olacaq.

Qeyd edək ki, 2024-2025-ci illər üzrə IOTA-nın prezidentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?