14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ombudsmanı tərəfindən vergi ödəyicilərinin müraciətləri diqqətdə saxlanılır VİDEO

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə müxtəlif tarixlərdə Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan və Ordubad şəhərlərində görüşlər keçirilib.

2024-cü ilin aprel-dekabr ayları ərzində aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 6 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib, bu istiqamətlərdə araşdırma aparılaraq təklif və tövsiyələr hazırlanıb. Həmçinin, vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından Dövlət Vergi Xidmətində həyata keçirilən proseslər üzrə təhlillər aparılıb və həmin proseslərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi istiqamətində işlər görülərək təklif və tövsiyələr hazırlanıb.

Vergi ombudsmanına 88 vergi ödəyicisi tərəfindən müraciət ünvanlanıb. Müraciətlərin araşdırılması zamanı 7 vergi ödəyicisi üzrə hüquq pozuntusu müəyyən olunmayıb, 4 vergi ödəyicisi rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilib. Vergi ödəyicilərinin hüquqlarının pozulduğu hallar üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və həmin tövsiyələrdən 27-i nəzərə alınaraq vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa olunub. Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, vergi ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?