14 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəffaflıq iqtisadi həyatın bütün sahələrinə sirayət etməlidir

Təkcə Azərbaycanda deyil, bütün dünyada ən çox vergidən yayınma halları ticarət şəbəkələri, ictimai iaşə, tikinti kimi sahələrdə qeydə alınır.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Real TV-yə müsahibəsində qeyd edib ki, "kölgə iqtisadiyyatı"nın miqyası kiçildikcə vergidən yayınma halları da azalır: "Biz işimizi elə səviyyədə qurmağa çalışırıq ki, vergidən yayınmanın qarşısını maksimum dərəcədə ala bilək".

Sahib Ələkbərovun sözlərinə görə, şəffalıq ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etməkdədir və bu, xüsusilə vergi üçün böyük əhəmiyyət daşıyır: "Çünki şəffaflığı təmin etmədən vergidən yayınmanın qarşısını almaq, digər məsələlərlə məşğul olmaq çətindir. Şəffaflıq bütün sahələrə, birinci növbədə uçot və qeydiyyat məsələlərinə sirayət etməlidir. Dövlət öz tərəfindən sahibkarlara normal biznes mühiti yaratmağa çalışır. Bu gün Azərbaycanda qeydiyyatla bağlı elə bir şərait yaradılıb ki, təkcə fiziki şəxslər yox, hüquqi şəxslər belə, təxminən, 20 dəqiqə ərzində qeydiyyatdan keçə bilirlər. Digər tərəfdən, şəffaflıq vergi uçotunu əhatə etməlidir. Yəni vergilərin hesablanması üçün istehsalın həcmini, ticarətin dövriyyəsini dəqiq bilmək lazımdır. Bu sahədə müəyyən problemlər var, onların qarşısını almaq üçün tədbirləri davam etdiririk".

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?