24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi

Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi

Müvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı maraq doğuran suallardan biri də bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən, XVIII fəslin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində isə göstərilir ki, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:

  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

  • turoperator və turagent fəaliyyəti;

  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

  • ictimai iaşə fəaliyyəti;

  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

  • hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

  • koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

Misal: Mikro sahibkarlıq subyekti olmayan və tədris kursları fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərcümə xidmətini də həyata keçirir. Bu halda, Vergi Məcəlləsində nəzərdə tutulan əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyində vergi üzrə güzəştlər vergi ödəyicisinin yalnız kursla bağlı fəaliyyətinə şamil olunacaq. Tərcümə xidməti üzrə vergi öhdəlikləri isə güzəşt tətbiq olunmadan, yəni ümumi qaydada yerinə yetiriləcək. Bu səbəbdən də vergi ödəyicisi hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır.

Fəxriyyə İKRAMQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?