11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Resessiya dövründə büdcə-vergi siyasəti ilə bağlı müsbət dinamika qorunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı parametrlərin təhlili aparılıb.

İqtisadçı ekspert Elşad Məmmədov iclasda səsləndirilmiş statistik göstəriciləri şərh edərək bildirib ki, ilk aylarda müşahidə edilən xarici iqtisadi şoklara baxmayaraq, iqtisadi dinamika müsbət göstəricilər üzrə qorunub saxlanılıb: “Nəzərə almaq lazımdır ki, mart ayından başlayaraq ölkə iqtisadiyyatına çox güclü xarici iqtisadi şoklar təzyiq göstərməyə başladı. Bu, bir tərəfdən neftin qiymətinin kəskin şəkildə enməsi, digər tərəfdən COVİD-19 pandemiyasının yayılması, eyni zamanda bütövlükdə dünyada iqtisadi inkişafla bağlı kapitalın effektivliyinin kəskin şəkildə enməsi ilə özünü göstərdi. Həmin amillərin yaratdığı böhran Azərbaycan iqtisadiyyatına çox ciddi şəkildə təsirlər göstərdi. Buna baxmayaraq 2020-ci ilin ilk 4 ayınınnəticələrinə görə iqtisadi dinamikada müsbət göstəricilər qorunmaqdaydı. Lakin may-iyun aylarında ölkə iqtisadiyyatı resessiyaya daxil oldu.

Resessiya dövründə bütövlükdə iqtisadi idarəetmə, konkret olaraq büdcə-vergi siyasəti, valyuta bazarındakı vəziyyətlə bağlı müsbət tendensiya saxlanılıb. Büdcə gəlirlərinin formalaşması baxımından hər hansı bir ciddi problemlər müşahidə edilməyib. Fiskal yığımlar proqnozlar üzrə reallaşdırılıb. Büdcə xərclərinə gəlincə, dövlət başçısının qeyd etdiyi kimi, sosial xərclər xeyli artırılıb. Büdcənin sosial xərcləri icra olunub.

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar baxımından ən mühüm müsbət məqam iqtisadiyyatının şəffaflaşdırılması ilə bağlı əldə olunan nəticələrdir. Bunun məntiqi davamı olaraq dövlətin imkanları xeyli genişlənib. “Kölgə iqtisadiyyatı”nın həcminin kəskin şəkildə azaldılması hesabına milli iqtisadiyyatımız dayanıqlığını daha uğurlu qoruyur. 2015-ci ildə baş verən devalvasiyalar fonunda “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisinin çox olması nəticəsində milli iqtisadiyyatımızda ciddi problemlər hiss olunduğu halda bu gün “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisinin azalması bir tərəfdən iqtisadi tarazlığa, fiskal yığımların müsbət dinamikasına və inkişafına şərait yaradır, digər tərəfdənsə sosial layihələrin reallaşdırılması mümkün olur”.

Fərqanə Allahverdiqızı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?