14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müvəqqəti vergi rejimi hansı dövrü əhatə edir?

Vergi Məcəlləsinə əlavə edilən 222.2-ci maddəyə əsasən, müvəqqəti vergi rejiminin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir.

Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, 1 yanvar 2021-ci ildən müvvəqqəti vergi rejimi ilə bağlı bütün güzəştlərin və vergi tətillərinin tətbiqi ləğv edilir.

Məsələn, mikrosahibkarlıq subyekti olan vergi ödəyicisi üçün sadələşdirilmiş vergi dərəcəsinin faiz dərəcəsi 2-dən 1-ə endirilsə də, 1 yanvar 2021-ci ildən həmin vergi ödəyiciləri sadələşdirilmiş vergini 2 faizlik vergi dərəcəsi ilə hesablayacaqlar.

Müvəqqəti vergi rejimi tətbiq edilən vergi ödəyicilərinin digər vergi öhdəliklərində güzəşt nəzərdə tutulurmu?

Vergi Məcəlləsinə əlavə edilən 222.6-cı maddəyə əsasən, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin şamil edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. Məsələn, hazırlıq kursunun təşkili ilə məşğul olan vergi ödəyicisi dividend əldə edərkən hər hansı güzəşt nəzərdə tutulmur və ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi hesablanmalıdır.

Fəxriyyə İKRAMQIZI

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?