1 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri

Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilmiş 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib.

Həmin maddədə qeyd olunub ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Təcrübədə rast gəlinən risk faktorlarından biri də vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərinin əvvəlki dövrlərlə müqayisədə artırılması yolu ilə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma halıdır.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş "Ezamiyyə xərclərinin normaları haqqında" nəzərdə tutulan norma daxilində ödənilən məbləğ gəlir vergisi, sosial sığorta və işsizlikdən sığorta məbləğinə cəlb edilmir. Vergidən yayınmağa meyilli vergi ödəyiciləri bu şərtdən sui-istifadə etməyə çalışırlar.

Misal. Tutaq ki, vergi ödəyicisi satış meneceri vəzifəsində çalışan işçiyə 300 manat əməkhaqqı ödəyir. İşçiyə yanvar ayında 180 manat ezamiyyə hesablansa da, fevral ayında bu məbləğ 900 manat olub. Ezamiyyə xərcinin əvvəlki dövrlərə nisbətən kəskin şəkildə yüksək olması vergi orqanında risk üçün əsaslı şübhə yaradacaq.

Qeyd edək ki, vahid bəyannaməyə qədər "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi" bəyannaməsində vergi ödəyicisi üzrə ezamiyyə xərclərinin məbləği qeyd olunurdu. 1 aprel 2020-cidən tətbiq edilən vahid bəyannamədə işçilər üzrə ezamiyyə xərcinin qeyd olunması nəzərdə tutulmayıb. O səbəbdən bu cür risklərin kameral vergi yoxlaması zamanı müəyyən edilməsi mümkün olmayacaq. Vergi orqanı səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin ezamiyyə xərcləri ilə bağlı fəaliyyətini yoxlaya bilər.

Fəxriyyə İKRAMQIZI

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?