6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

Daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində rəqəmsal xidmət təqdim edən xarici şirkətlərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması prosesi davam etdirilir.

2026-cı ildə daha 3 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləridir. Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar tərəfindən əlavə ƏDV məbləğı artıq hesablanmır.

Qeyd edək ki, qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatına alınması ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, onların fəaliyyət göstərdikləri və iqtisadi dəyər formalaşdırdıqları ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir.

DVX tərəfindən bu prosesin davamlılığının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Görülən işlər rəqəmsal xidmətlər üzrə vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması