25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Maliyyə sanksiyaları

Maliyyə sanksiyaları

Vergi Məcəlləsinin bir neçə maddəsində müxtəlif fəaliyyət növləri və hallara aid maliyyə sanksiyaları nəzərdə tutulub. Bəs Məcəllənin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir? Nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını, 58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. Məcəllənin 57.1-ci maddəsi vergi hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur, yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?