11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl (komiks, manqa) müsabiqəsi”nə start verilir

Əziz uşaqlar!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl (komiks, manqa) müsabiqəsi"ndə iştirak etməyə dəvət olunursunuz.

Müsabiqədə qalib gəlmiş nağılların (komikslər, manqalar və s.) seçilərək Dövlət Vergi Xidməti tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar müxtəlif elektron və dövri nəşrlərdə dərc olunacaq.

Qeyd olunan mövzuda nağılları (komikslər, manqalar və s.) 15.05.2024-cü il tarixinədək [email protected] email ünvanı vasitəsilə Dövlət Vergi Xidmətinə təqdim etməyiniz xahiş olunur.

Mətn:

- “Vergilər” mövzusunda olmalı;

- Azərbaycan, rus və ya ingilis dilində yazılmalı;

- İki vərəqdən çox olmamalıdır.

Müraciətdə nağılın müəllifinin adı, soyadı və atasının adı, təhsil aldığı müəssisə, yaşadığı ünvan qeyd olunmalıdır.

Müsabiqədə orta məktəb şagirdləri iştirak edə bilərlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?