13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi

Vergilər Nazirliyi mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi, aksiz vergisi, əlavə dəyər vergisinin bəyannnamə formaları və onların hazırlanması qaydalarını təsdiq edib. Sənədə əsasən, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi, dövlət rüsumunun tutulması haqqında hesabatın, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin forması və onların doldurulması, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin tərtib edilməsi, yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin tərtib edilməsi qaydaları təsdiqlənib. Həmin sənədlərə əlavələr qəbul olunub. Bununla 2005-2019-cu illərdə təsdiq edilən eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2020-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə buradan tanış ola bilərsiz.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?