15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiskal gəlirlərdə qeyri-neft sektorunun payı artırılacaq

İqtisadçı ekspert Vüqar Bayramov Vergi Məcəlləsinə qəbul edilən son dəyişiklikləri şərh edərkən bildirib ki, bu addımın atılması Azərbaycan üçün həm iqtisadi, həm sosial, həm də fiskal əhəmiyyət daşıyır. Bu, sahibkarlığın inkişafı baxımından da vacibdir.

V.Bayramov vurğulayıb ki, sənəddə sahibkarlar üçün birbaşa güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur: "Quş əti istehsalı ilə məşğul olan sahibkarlar növbəti 4 ildə ƏDV-dən azaddır. Mal əti istehsalı və satışı ilə məşğul olanlar da növbəti 4 ildə ƏDV-dən azad edilib. Sənaye parklarında güzəşt müddətinin 7 ildən 10 ilədək artırılması da sahibkarlığın inkişafına birbaşa təsir göstərir".

V.Bayramov qeyd edib ki, vergi sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi nəzarətinin gücləndirilməsi büdcəyə daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxarır ki, bu da fiskal gəlirlərin artırılması baxımından vacibdir: "Hədəf ondan ibarətdir ki, növbəti dövrdə Azərbaycan fiskal gəlirlərində qeyri-neft sektorunun payını artırsın. Bu, vergi daxilolmalarının artması baxımından çox vacibdir. Bu baxımdan, dəyişikliklər həm də dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında qeyri-neft sektorunun payının artmasını təşviq edəcək".

Vergi Məcəlləsinə edilən dəyişikliklər arasında vergi inzibatçılığının, eləcə də qeyri-leqal iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi də mühüm hədəflərdəndir. Burada ən vacib məqamlardan biri riskli vergi ödəyiciləri qrupunun və buna uyğun olaraq risk dərəcələrinin müəyyənləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi üçün daha müasir metodlardan istifadə edilməsidir. V.Bayramov hesab edir ki, yeni nəsil kassa aparatlarının sayının artırılması, verginin hesablanmasının elektronlaşması vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı, sistemin elektronlaşmasına da imkan verəcək. Nəticədə, elektron metodlardan istifadə etməklə vergi nəzarətinin gücləndirilməsinə nail olunacaq: "Dəyişikliklər sosial xarakter daşıyır. Çünki burada birbaşa vətəndaşların sosial vəziyyətinə təsir göstərən faktorlar var. Məsələn, əvvəllər daşınmaz əmlakın satışı zamanı vətəndaşın satlıq əmlakda qeydiyyatı 5 ildən az olduqda o, vergi ödəməli idi. İndi bu müddət 3 ilə endirilib. Bu, vəsaitlərə qənaət baxımından çox vacibdir".

V.Bayramov dəyişikliklərdə digər güzəştlərin tətbiqinə diqqət yönəldərək bildirib ki, yeni nəsil kassa aparatlarının quraşdılrılması zamanı xərclərin limit daxilində hesablanan vergi öhdəlikləri ilə əvəzlənməsi nəzərə tutulub. Bu, sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, həm də sosial xarakter daşıyır. "Bu baxımdan, dəyişikliklərin təsirləri fərqli istiqamətlərdə olacaq. Yeniliklərin tətbiq edilməsi növbəti illərdə gizli iqtisadiyyatın payının azaldılması, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması üçün əsas rolunu oynayacaq".

Fərqanə ALLAHVERDİQIZI



VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?