25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız hesablaşma aparan ticarətçilərə vergi güzəştləri necə hesablanacaq?

Pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlər üzrə güzəşt müəyyənləşdirilib

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, satış əməliyyatlarını nağdsız qaydada həyata keçirən ticarət obyektlərinə 2019-cu ildən vergi güzəştləri tətbiq edilib. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti göstərən gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar da bu güzəştdən istifadə etmək hüququ qazanır. Həmin şəxslər tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunla müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən, fərdi sahibkar kimi gəlir vergisinin ödəyicisi olan mağaza sahibləri üçün nəzərdə tutulan güzəşt belə hesablanacaq:

Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat.

Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20 faiz) təşkil edir. Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği azaldılır.
Əvvəlcə nağdsız dövriyyənin xalis çəkisini müəyyən edək:

(800/100) = 0,8 ) xalis çəki)

Gəlir vergisi nağdsız qaydada aparılan ödənişlərin xalis çəkiyə uyğun olaraq 25 faiz azaldılır:

0,8 x 25 faiz = 0,2
0,2 x 60 (gəlir vergisi) = 12 manat (güzəşt məbləği)
60 manat (ödənilməli məbləğ) – 12 manat (güzəşt məbləği) = 48 manat.

Elxan SALAHOV

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?