5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yükdaşımalar zamanı vergitutma

Yükdaşımalar zamanı vergitutma

Avtomobil nəqliyyatı vasitəsilə yük daşımalarını həyata keçirən şəxs "Fərqlənmə nişanı" olduğu halda gördüyü işə (yazdığı elektron qaiməyə) əsasən 2 faiz sadələşdirilmiş vergi ödəməlidirmi?

Vergilər Nazirliyinin şərhinə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və vergi öhdəliyini yerinə yetirmiş hesab olunurlar. Həmin şəxslərin bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verməsi tələb olunmur.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması